Rusiya Kosovonun şimalındakı hazırkı vəziyyəti gərgin və ola bilsin ki, təhlükəli hesab edir.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib .

"Bu (Kosovoda vəziyyət-red.) gərgin və potensial təhlükəlidir", - Kreml nümayəndəsi qeyd edib.

O, həmçinin əmin edib ki, prezident administrasiyası respublikada baş verənləri diqqətlə izləyir.

"Biz Kosovoda serblərə qarşı ənənəvi olaraq qərəzli münasibət görürük" deyən Peskov belə bir xəttin Kosovo hakimiyyəti üçün ənənəvi olduğunu vurğulayıb.

Kosovonun şimalında sentyabrın 24-nə keçən gecə naməlum şəxslər Kosovo polis əməkdaşlarına atəş açıb. Bölgədəki NATO qüvvələri vəziyyətə qoşulmağa hazır olduqlarını bildiriblər. Zirehli avtomobildə maskalı silahlı bir qrup şəxs Banjska pravoslav monastırının ərazisinə soxulub və Kosovo polisi xüsusi əməliyyat keçirib. Serbiya prezidenti Vuçiç üç ölkə vətəndaşının öldüyünü elan edib və Təhlükəsizlik Şurasını çağırıb.

Gülayə Mecid