İordaniyada toy şənliyi zamanı havaya atəş açan qonaq təsadüfən bəyi sinəsindən vurub. 

"Unikal" xəbər verir ki, hadisə Maan şəhərində toy mərasimlərinin birində qeydə alınıb. Belə ki, bəyin güllələndiyini anlamayan qonaq havaya atəş açıb və rəqsə davam edib. 20 yaşlı bəyi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və həyatını itirib.

Qonaq qısa zamanda polis tərəfindən saxlanılıb.