Ermənistanın baş naziri Nikol Paşinyanın komandasının məsuliyyətsiz yanaşması erməni cəmiyyətinin bir hissəsinin başa düşülən narazılığına səbəb olub və bu, xalq etirazlarında ifadə olunub. 

"Unikal" xəbr verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XİN-dən bildirilib ki, etirazçıların Rusiyadan ilhamlandıqları iddialarının reallıqla heç bir əlaqəsi yoxdur: "Ermənistan hökumətinin başçısı yaxşı bilməlidir ki, Moskva rəngli inqilablar təşkil etməkdə kifayət qədər mahir olan Qərbdən fərqli olaraq, belə işlərlə məşğul olmur. Eyni zamanda, məlum olduğu kimi, ABŞ səfiri hökumətlə sıx əlaqələr saxlayır. Bunun fonunda, açıq-aydın hakimiyyətin təhriki ilə erməni mətbuatında əsl anti-Rusiya mövqeyi ortaya çıxıb.

Əminik ki, İrəvan rəhbərliyi qəsdən Ermənistanla Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri pozmağa, ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd edərək böyük səhvə yol verir. Ermənistan əhalisinin böyük əksəriyyəti bundan xəbərdardır".

Ağarza Elçinoğlu