"Ankara bölgədə sülhün bərqərar olması üçün İrəvanın səmimi addımlarını gözləyir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Regiondakı vəziyyətin hərtərəfli tənzimlənməsi üçün yeni imkanlar açılıb. Ermənistanın ona uzadılan “sülh əlini” sıxmasını və səmimi addımlar atmasını gözləyirik. Həmişə vurğuladığım kimi, “sülh prosesində” uduzan yoxdur”, – Ərdoğan Naxçıvanda deyib.