Əfsanəvi italyan aktrisası Sofi Loren evində yıxılaraq xəsarət alıb.

"Unikal" xəbər verir ki, 89 yaşlı aktrisa təcili olaraq xəstəxanaya aparılıb və əməliyyat olunub.İsveçrədəki evində yıxılaraq bədənində, o cümlədən bud sümüyündə çoxlu sınıqlar alan Sofi Loren təcili olaraq əməliyyat olunub.

Aktrisaya yaxın mənbələr Lorenin əməliyyatının uğurlu keçdiyini və məşhur adın sağlamlıq vəziyyətinin yaxından izləndiyini bildirib. Xəstəxanada onunla birlikdə oğulları Karlo və Edoardonun da olduğu deyilir.

Loren sonuncu dəfə sentyabrın 2-də 80-ci Venesiya Film Festivalı çərçivəsində keçirilən Armani moda nümayişində kameralar qarşısına keçib.