Ankarada ölümlə nəticələnən partlayış baş verib. 

"Unikal" xəbər verir ki, Ankara Qubernatorluğundan verilən yazılı açıqlamada, saat 16.40 radələrində Mamakın Gökçeyurt rayonunda TÜBİTAK-SAGE müəssisəsində kimyəvi tullantıların səbəb olduğu ehtimal edilən partlayış nəticəsində bir nəfərin hadisə yerində öldüyü bildirilib.

Açıqlamada partlayışla bağlı məhkəmə və inzibati araşdırma başlandığı bildirilib.

Mamak Bələdiyyə Başçısı Murat Köse sosial media hesabından verdiyi açıqlamada hadisədə başqa xəsarət alanların olmadığını və yanğının baş vermədiyini bildirib.