Gürcüstan prezidenti Salome Zurabişvili ölkə hökumətindən icazə almadan Latviya, Litva və Estoniyaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat verilib .

"Salome Zurabişvilinin Baltikyanı ölkələrə səfər etmək icazəsi yox idi", - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Sentyabrın 25-də Zurabişvili administrasiyası Gürcüstan liderinin Baltikyanı ölkələrə səfərə getdiyini açıqlayıb. O, Gürcüstanın Aİ-yə namizəd statusu almasını müzakirə edəcək . Zurabişvilinin Estoniya Prezidenti Alar Karis , Latviyanın rəhbəri Edqars Rinkeviç və litvalı həmkarı Gitanas Nauseda ilə görüşü nəzərdə tutulub.

Payızın əvvəlində Gürcüstan lideri Berlin , Brüssel və Parisə səfər edib, burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, respublika hökuməti onun belə səfərlərinə razılıq verməyib. Bu, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Zurabişvilini ölkənin fundamental qanunlarını pozmaqda ittiham etməsi və impiçment proseduruna başlamasına səbəb olub.

Sentyabrın əvvəlində Avropa İttifaqı Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə ayrılan xərclərdən danışıb .