" Aİİ-nin iqtisadi potensialında böyük imkanlar var".

"Unikal" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən irimiqyaslı “İnnoprom-2023” beynəlxalq sənaye sərgisinin açılışı üçün gələn Rusiya, Belarus və Qırğızıstan hökumət başçıları ilə görüşündə deyib. 

Qazaxıstan liderinin sözlərinə görə, Aİİ dövlətlərinin əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirmək üçün böyük ehtiyatları var, ona görə də onların təşviqi üçün bütün imkanlardan fəal istifadə edilməlidir.

“Böyük imkanlar məhz bu İttifaqın iqtisadi potensialındadır. Qazaxıstan hesab edir ki, Aİİ-yə üzv olan bütün dövlətlər burada 2015-ci ildə imzalanmış sazişə ciddi əməl etməli və iqtisadi inteqrasiya, ticarətin inkişafı və qarşılıqlı mal mübadiləsi üçün ölkələrimizin bazarlarının açılması məsələləri ilə məşğul olmalıdırlar”, - Tokayev vurğulayıb.

Qazaxıstan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlıqdan danışan Qazaxıstan rəhbəri qeyd edib ki, Rusiya şirkətləri ardıcıl olaraq Qazaxıstanın əsas 5 əsas investorları sırasındadır, bu gün Rusiya ilə 16,5 milyard dollar dəyərində 40 iri layihə həyata keçirilir.