“Atom enerjisi ilə işləyən sualtı qayıqların Fars körfəzinə daxil olması qadağandır”.

"Unikal" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Əlirza Tanqsiri televiziya proqramlarından birində məlumat verib. 

“ABŞ, Fransa kimi xarici ölkələrin və bir sıra digər ölkələrin nüvə enerjisi ilə işləyən sualtı qayıqları var, lakin Fars körfəzinin qapalı ərazi olduğunu nəzərə alaraq, bu tip gəmilərin Fars körfəzinə daxil olması qadağandır”.
Əcnəbilərin heç vaxt bölgədə təhlükəsizliyi təmin etmədiyini qeyd edən İslam İnqilabı Keşikçiləri Korpusu Dəniz Qüvvələrinin komandanı Fars körfəzi yaxınlığındakı ölkələrə müraciət edərək, “Bölgədənkənar ölkələr onları qorumaq üçün bölgədə qalmır. Onlar heç vaxt düşünməməlidirlər ki, qeyri-regional dövlətlər öz daimi müdafiəsi üçün bölgədə qalacaqlar”.

Admiral Tanqsiri əlavə edib: "Region ölkələri Fars körfəzinin səkkiz ölkəsinin ittifaqı çərçivəsində regionun təhlükəsizliyini təmin etmək, region xalqlarının sülh şəraitində yaşaması üçün birgə çalışırlar. Təbii ki, qonşular bilməlidir ki, qeyri-regional dövlətlər regionda qeyri-qanuni mövcud olduqları üçün İranofobiya siyasəti aparırlar”.