Ukraynada səfərbərlik proseduru daha sərt olacaq.

"Unikal" xəbər verir ki, ölkə prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Aleksey Arestoviç jurnalist Vasili Qolovanovun YouTube kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hərbi xidmətdən yayınanlara qarşı daha sərt tədbirlər görüləcək.

Səfərbərlik proseduru daha da sərtləşəcək, çünki əks halda biz sağ qala bilmərik. İllüziyalar olmamalıdır, bu, ölüm-dirim məsələsidir. Düşünürəm ki, işəgötürənlərin hərbi qeydiyyatda olmayanların qeydiyyatı aparılacaq onların işə qəbuluna məhdudiyyət qoyulacaq" - Arestoviç deyib.

Bundan əvvəl hərbi ekspert, ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandıkin Ukraynanın səfərbərlik potensialının təxminən 50 min nəfərdən çox olduğunu bildirmişdi. 

Dandıkin aydınlaşdırıb ki, Ukrayna da hərbi yaşda olan kişi qaçqınları ölkəyə qaytarmağa çalışır. Bəzi ölkələr Kiyevin sorğularına cavab verib. Onların arasında Polşa da var idi, lakin Ukrayna taxılının idxalına qoyulan embarqoya görə münasibətlərin soyumasından sonra bu ölkə tərəfindən insanların Kiyevə ekstradisiyası çətin ki mümkün olsun.