Meksikanın qərbindəki Xalisko ştatında baş verən sürüşmə nəticəsində 7 nəfər ölüb, 9 nəfər itkin düşüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sürüşməyə səbəb bazar ertəsi səhər saatlarında bölgəyə yağan güclü yağış olub.

Xilasedicilərin sözlərinə görə, hadisə baş verən ərazidə bəzi evlər də dağılıb.