İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən 285 min nəfər əhalisi olan Mati şəhərindən 285 km cənub-şərqdə, 100 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.