Belarus prezidenti Aleksandr Lukaşenko PUA-ların fiziki şəxslər tərəfindən istismarını və istehsalını qadağan edib.

"Unikal" xarici məbuata istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko müvafiq sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, dronların Belarus ərazisinə gətirilməsinə, mülki pilotsuz uçan aparatların saxlanmasına, dövriyyəsinə, istismarına və istehsalına yalnız təşkilatlara və fərdi sahibkarlara peşə fəaliyyəti məqsədi ilə icazə verilir.