ABŞ ikitərəfli kanallar vasitəsilə Vaşinqtonun bir sıra liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putini San-Fransiskoda keçiriləcək APEC sammitinə dəvət etmək niyyətində olmadığı barədə məlumatı Rusiyaya çatdırıb. Buna cavab olaraq Moskva ABŞ-yə sorğu göndərərək ondan APEC-in sədri dövlət kimi üzərinə düşən vəzifələri yerinə yetirməsini və Putinə dəvət göndərməsini tələb edib.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Rusiyanın APEC-dəki yüksək vəzifəli nümayəndəsi Marat Berdıyev bildirib.  

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Putinin APEC sammitinə dəvət ediləcəyini gözləmir və Rusiyanın mümkün iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.