Ağcabədi sakini 1983-cü il təvəllüdlü Samir Əkbərovu ildırım vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Gələbədin kəndində qeydə alınıb.

Samir özünə məxsus torpaq sahəsində təsərrüfat işləri görərkən ildırım vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.