26-28 sentyabr tarixlərində Avstriyanın “ComplexCore” təşkilatının İcraçı direktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru Roman Yahoda tərəfindən Akademiyanın bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan II və IV tədris ilinin tələbələri üçün “Əzələ funksiyasının qiymətləndirilməsi”, “Çiyin reabilitasiyası” mövzusunda  seminar keçirilib.

Bu barədə  "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, seminar zamanı tələbələr əzələ funksiyalarının qiymətləndirilmə metodları, idman müalicəsi və reabilitasiya prosesləri barədə maraqlı və müsbət təcrübələrlə tanış olublar.