İrlandiyalı-ingilis aktyor Maykl Qambon vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, aktyor 82 yaşında bu gün dünyasını dəyişib. O, pnevmoniya olub və xəstəxanaya yerləşdirilib. Aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir çox ekran işində rol alan Maykl "Harri Potter" filmində canlandırdığı "Albus Dambldor" obrazı ilə məşhurlaşıb.