"Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya etmək qərarı ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Roma Statutunu ratifikasiya edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.  

“Erməni tərəfdaşları əvvəldən BCM-nin Roma Əsasnaməsinin Ermənistan tərəfindən ratifikasiya edilməsinin yolverilməzliyi barədə məlumatlandırılıblar ki, bu qurum Rusiyanın ali rəhbərliyinə “həbs orderi” verib”, - Rusiya XİN-dən bildiriblər.

Rusiya hesab edir ki, Ermənistan hakimiyyətinin qərarı “ikitərəfli münasibətlərə  mənfi təsir göstərəcək”.

"Ermənistan nümayəndələrinin İCC-yə qoşulmasının Rusiya-Ermənistan münasibətlərinə heç bir təsir etməyəcəyi ilə bağlı irəli sürdüyü tezis həqiqətə uyğun deyil. Ən azından Rusiya rəhbərliyinin respublikaya səfərini təsəvvür etmək çətindir, xüsusən də hakim partiyanın deputatları Haaqanın “Femida”sının tələbi ilə Vladimir Putinin həbsinə çağırırlar”, - XİN qeyd edib.

Nazirlik bildirib ki,“Moskva Ermənistan Milli Assambleyasında Ermənistan-Rusiya münasibətləri üçün açıq-aşkar “toksik” olan qərara “əleyhinə çıxacaq” ayıq düşüncəli qüvvələrin olacağına ümid edir”.