Türkiyə Moldovaya sutkada 2 milyon kubmetr təbii qaz ixrac etməyə başlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin dövlət neft-qaz şirkəti olan BOTAŞ açıqlama yayıb.

Şirkətin verdiyi məlumata görə, iki ölkə arasında müvafiq müqavilə imzalanıb. Açıqlamada BOTAŞ-ın bir-birinin ardınca imzaladığı ixrac müqavilələri ilə Avropanın enerji təchizatı təhlükəsizliyinin təminatçısı olmağa davam etdiyi bildirilib.

Müqavilə BOTAŞ-ın İdarə Heyətinin sədri və baş direktoru Burhan Özcan və East Gas Energy Trading Company baş direktoru Nikolai Qaborak tərəfindən imzalanıb.