Rüşvət almaqda ittiham olunan ermənipərəst senator Bob Menendez ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verdikdən sonra onun postuna yeni namizəd irəli sürülüb.

"Unikal" xəbər verir ki, komitənin yeni sədri demokrat senator Ben Kardin seçilib.

Merilend ştatından olan Kardin əvvələr Nümayəndələr Palatasının üzvü, 2007-ci ildən ksə Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub.

Menendezin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır. 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrinin ona Fred Daibes adlı tərtibatçı tərəfindən verildiyi iddia edilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendezə rüşvət verdiyi bildirilir.