Rotterdam Erasmus Universitetinin yaşayış binası və tibb mərkəzində baş verən atışma nəticəsində azı üç nəfər həlak olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, polis atəş açan şəxsin motivinin hələ müəyyən edilmədiyini bildirib. Şübhəli şəxs qismindən həmin universitetin 32 yaşlı tələbəsi saxlanılıb.

Şəhər polis idarəsinin məlumatına görə, yerli vaxtla saat 14:00 radələrində bir nəfər yaşayış binasında, daha sonra isə tibb məntəqəsində atəş açıb. O, hər iki binada da yanğın törədib.