İran ordusuna məxsus gəmilər ABŞ hərbi helikopterinə qarşı bir neçə dəfə lazer şüası tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) məlumatında deyilir.

Bildirilib ki, insident Fars körfəzində qeydə alınıb. Məlumata görə, helikopter beynəlxalq hava məkanında adi qaydada əməliyyatlar icra edirmiş.

Hadisə nəticəsində helikopterə zərər dəyməyib, xəsarət alan yoxdur.