Rusiya Prezidenti Vladimir Putin Kremldə “Vaqner”in keçmiş baş qərargah rəisi Andrey Troşevlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Həmçinin, görüşdə Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov da iştirak edib. Putin Troşev və Yevkurovla birlikdə Ukraynada hərbi əməliyyatların iştirakçılarına dəstək və könüllü birləşmələrin formalaşdırılması ilə bağlı hərbi məsələləri müzakirə edib.