Bu ilin əvvəlindən Rusiyanın dövlət borcu kəskin artaraq 25,1 trilyon rubla (ÜDM-in 16,7%-i) çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının federal büdcə haqqında hesabatında qeyd olunub. 

Bu ilin yanvar-iyun aylarında dövlət borcu 2,3 ​​trilyon rubl (və ya 9,8%) artıb. Rusiya Federasiyası Maliyyə Nazirliyinin planlarına görə, ilin sonuna qədər yekun dövlət borcu 25,4 trilyon rubl təşkil etməlidir.

Xarici valyutada xarici borc yanvar ayından bu yana 1,2 milyard dollar azalıb. 

Ağarza Elçinoğlu