İsveçi cənginə alan zorakılıq dalğası ən azı on bir nəfərin həyatla vidalaşmasına səbəb olub. Bu, təkcə sentyabr ayına olan statistik rəqəmdir.

"Unikal" xəbər verir ki, ölkənin hakimiyyət orqanları krallıqda cinayətkarlığın misli görünməmiş şəkildə artmasına görə sentyabrı “qara ay” adlandırıblar. On bir nəfər odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib, İsveçin mərkəzindəki yaşayış binalarında baş verən iki güclü partlayış isə ən azı üç nəfərin yaralanması ilə nəticələnib.

İsveçdə odlu silahdan açılan atəş nəticəsində bütün digər Skandinaviya ölkələrinin hamısı ilə müqayisədə altı dəfə çox insan ölümü halları qeydə alınıb.

Quldurluqla bağlı münaqişələr nəticəsində bu qədər insanın həlak olması halları 2019-cu ildən bəri baş verməyib.

Vəziyyətin ciddiliyi ilə əlaqədar olaraq, İsveç hakimiyyət orqanları asayişin qorunmasına hərbçilərin cəlb olunmasını planlaşdırır.