ABŞ Konqresinin ən yaşlı senatoru Dayenn Faynstayn 90 yaşında vəfat edib.

"Unikal" xarici KİV-ə isitnadən xəbər verir ki, son illər senatorun səhhətində ciddi problemlər yaranıb.

Deputatın ölümü ilə Senatdakı demokratların sayı müvəqqəti olaraq 50-yə çatıb. Lakin belə bir vəziyyətdə belə qanunverici orqanın yuxarı palatası üzərində nəzarəti saxlayacaqlar. Senatda səsvermə zamanı səslər bərabər bölünərsə, hal-hazırda Demokratlar Partiyasının nümayəndəsi olan ABŞ-ın vitse-prezidenti Kamala Harris həlledici səsə malik olacaq.

Qanuna görə, Kaliforniya qubernatoru Qevin Nyusom Faynstaynın varisini öz ştatından senator təyin etməlidir.

Nuranə Abbasova