NASA-nın Jet Propulsion və Rutgers Universitetinin alimləri tərəfindən aparılan araşdırmada Nyu York şəhərinin hər il 1,6 millimetr çökdüyü müəyyən olunub. Şəhərin göydələnlərin üstünlük təşkil etdiyi bəzi hissələrinin daha sürətli çökdüyü deyilir.

"Unikal" xəbər verir ki, ABŞ Açıq Tennis Turnirinin keçirildiyi şəhərin metropoliten ərazisində 2016-2023-cü illər arasında Artur Aşe Stadionu və LaGuardia Hava Limanının eniş-enmə zolağının ən çox dağılan hissələr olduğu, Artur Aşe Stadionunun hər il 3,7 millimetr, LaGuardia-nın uçuş-enmə zolaqları 4,6 millimetr çökdüyü bildirilib.

Qeyd olunub ki, bu yerlərdə çökmə onların tikildiyi ərazilərin torpaqla doldurulması ilə bağlı ola bilər.

Dövlətlərarası 78 avtomobil yolunda 3,2 millimetrlik çökmə təsbit edilib, Governors Island, Midland və South Beach-in cənub hissəsinin Staten Island və Arverne bölgəsinin də daha sürətli çökdüyü aşkarlanıb.

Tədqiqatçılar, dəniz suyunun səviyyəsinin yüksəlməsi səbəbindən şəhərin çökmə riskinin daha da pisləşdiyinə və Nyu Yorkun sahil bölgəsindəki əhalini və mülkləri sahil daşqınlarından qorumaq üçün getdikcə çətinləşdiyinə diqqət çəkib.

ABŞ Geoloji Xidmətinin (USGS) may ayında apardığı araşdırmada göydələnlərin hakim olduğu şəhərdə 1 milyon binanın 764 milyon ton ağırlığında olduğu, Nyu Yorkun hər il 1-2 millimetr çökdüyü bildirilmişdi.