İsveçin baş naziri Ulf Kristersson silahlı qüvvələrin komandirindən cinayətkar qrupların artmasının qarşısını almaq üçün kömək istəyib. 

"Unikal" xəbər verir ki,  bu iki şəxs və ölkənin polis rəisi ordunun hansı rol oynaya biləcəyini müzakirə etmək üçün bu gün görüşəcəklər.

Belə bir qərar, Stokholmda iki nəfərin güllələnərək öldürüldüyü və paytaxtın şimalındakı bir şəhərdə evində baş verən partlayış nəticəsində 25 yaşlı qadının ölümündən  sonra verilib.

Nadir hallarda televizida ilə çıxış edən Baş nazir Ulf Kristersson "Biz cinayətkar qrupların arxasınca gedəcəyik və onları məğlub edəcəyik" deyib.

Silahlı Qüvvələrin komandanı Micael Byden İsveçin Dagens Nyheter qəzetinə polisin səylərinə kömək etməyə hazır olduğunu bildirib .

Hərbçilərin bu prosesə necə cəlb olunacağı dəqiq məlum deyil. Bununla belə, əvvəlki görüşlərdə bildirilirdi ki, əsgərlər bəzi polis vəzifələrini öz üzərinə götürərək, zabitlərə cinayətlə mübarizə üçün vəsait ayırmağa imkan verəcək.

Bəzi tənqidçilər təklif olunan tədbirləri səthi adlandıraraq, onların zorakılığın əsas səbəblərini deyil, əlamətlərini müalicə etdiyini iddia edirlər.

Dagens Nyheter-in məlumatına görə, bu ay indiyədək dəstə insidentlərində 12 nəfər həlak olub. Bu, 2019-cu ilin dekabrından bəri ən yüksək rəqəmdir.

İsveç mediası son artımı Fokstrot şəbəkəsi kimi tanınan və daxili çəkişmələrlə sarsıdılmış və iki rəqib fraksiyaya bölünmüş bir dəstə ilə münaqişə ilə əlaqələndirdi.