Braziliya Federal Polisi istefada olan ordu generalı Ridautu Lusio Fernandeşi yanvarın 8-də dövlət çevrilişinə cəhdin təşkilində şübhəli bilərək onun evində axtarış aparıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Fernandeş özü isə saxlanılaraq istintaqa ifadə verib.

"Federal Polis Braziliyada axtarış qərarı çıxarıb və 8 Yanvar çevrilişində iştirak etməkdə günahlandırılan təqaüdçü general Ridautu Lusio Fernandeşi həbs edib. O, aparıldığı Federal Polisdə ifadə verir. Axtarış zamanı agentlər mobil telefon, silah və generalın pasportunu müsadirə ediblər”, - deyə rəsmi açıqlamada bildirilir. 

Müstəntiqlərin fikrincə, general çevriliş cəhdinin səbəbkarı və ola bilsin ki, təşkilatçılarından biri olub. Məhkəmə artıq onun aktivlərinin dondurulmasına qərar verib.

Jair Bolsonaro hökumətində general Braziliya Səhiyyə Nazirliyinin logistika şöbəsinin müdiri vəzifəsində çalışıb və 31 dekabr 2022-ci ildə vəzifəsindən azad edilib.

O, hazırda Tətbiqi Strateji Siyasət və İdarəetmə İnstitutunun professorudur.

Nuranə Abbasova