Rusiyanın Domodedovo hava limanında Ural Hava Yollarının dörd reysi təxirə salınıb.

"Unikal" xəbər verir ki, məlumata görə, sentyabrın 29-da Ural Hava Yollarının Domodedovo- Kalininqrad , Qroznı , Soçi və Mineralnıye Vodıya dörd reysi təxirə salınıb. Sərnişinlər gecikmələrlə bağlı heç bir bildiriş almadıqlarını bildirirlər.

Gediş gecikmələri 20 dəqiqədən dörd saata qədər olub. Sərnişinlər şikayət ediblər ki, onlara bu barədə xəbərdarlıq edilməyib - insanlar hava limanında gözləməyə məcbur olublar.

Aviaşirkət nümayəndəsi izah edib ki, uçuşlardan birinin texniki nasazlıq səbəbindən gecikməsi olub. Ural Hava Yollarının mətbuat xidməti vəziyyəti şərh etməkdə çətinlik çəkib.