"Axmat" xüsusi təyinatlılarının əsgərləri Artyomovsk istiqamətində beş ukraynalı əsgəri əsir götürüblər.

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib.

Kadırovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ərazidə möhkəmlənmək niyyətində idilər, lakin "Axmat" bu planları dəyişərək dərhal onları ələ keçirib.

O, həmçinin bildirib ki, əsir götürülən zaman Ukrayna tərəfi öz döyüşçülərini məhv etməyə çalışaraq minaatanlarla hücum edib. Nəticədə onlardan bəziləri yaralanıb.

Nuranə Abbasova