İlon Mask gələn il Türkiyəyə səfər edəcək. 

“Unikal” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb. 

Mask Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçiriləcək “Technofest” festivalına qatılmaq təklifinə cavab verib.

İş adamı tədbirə dəvətə görə Ərdoğana təşəkkür edib.

“Gələn il festivalda şəxsən iştirak etməyi, həmçinin Türkiyədə gələcək investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm”, - deyə Mask yazıb.