Milli Məclisin mərhum deputatları Qənirə Paşayeva və Madər Musayevin xatirəsi parlamentin payız sessiyasının ilk plenar iclasında yad edilib.
"Unikal"ın məlumatına görə, spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin ötən dövrü kədərsiz ötüşməyib: “İyulun 14-də deputat Madər Musayev vəfat edib. O, fəaliyyəti ilə milli-mənəvi dəyərlərin qorunub saxlanmasına töhfə verib. Sentyabrın 28-sə isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dünyasını dəyişib. Qənirə Paşayeva Milli Məclisin qanunverucilik və qanunyaratma prosesində yaxından iştirak edib".
Daha sonra mərhum millət vəkillərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Anar Kəlbiyev