"Müzəffər Ali Baş Komandan İlham Əliyevin heç kimin təşəkkürünə ehtiyacı yoxdur. O adam (Əli Kərimlini nəzərdə tutur - red.) kimdir axı, gəlib təşəkkür etsin".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, Prezidenti qələbə münasibəti ilə Dünya azərbaycanlıları, Türk dünyası və bütün xalqlar təbrik edib:
“Onun kimi adamların adını Milli Məclisdə çəkməyə heç ehtiyac yoxdur. O adam kimdir axı?! O, xalq düşməni, ziyan vuran və ermənilərə işləyən biridir. Həmin şəxslərin də təbrikinə ümumiyyətlə ehtiyac yoxdur”.
Qeyd edək ki, bugünkü iclasda çıxış edən bəzi deputatlar Əli Kərimlinin Azərbaycan Prezidentini niyə təbrik etmədiyini bildiriblər.
Anar Kəlbiyev