"Təəsüf ki, Azərbaycanda hər təşkilat özünə uyğun qiymət müəyyənləşdirir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, xaricə kitab göndərmək son dərəcə çətindir: "Aidiyyati dövlət qurumuna müraciət edirəm ki, kitab göndərməyin qiyməti onu göndərən insanların imkanlarına uyğunlaşdırılsın".