Qarabağda qanunsuz yaradılmış separatçı rejimin keçmiş üç liderinin Ermənistana qaçması ilə bağlı xarici KİV-də məlumat yayılıb. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, sözügedən keçmiş rəhbərlər Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan hələ də Xankəndidədirlər.

Qeyd olunub ki, hazırda onların getməsi ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır.

Ağarza Elçinoğlu