Skolioz, onurğa əyriliyi günümüzdə ən çox rast gəlinən problemlərdən biridir. Skolioz onurğanın döş və ya bel bölgələrində gözlə görünən, yana doğru əyriliyidir. Normal və sağlam onurğa sütununa arxadan baxıldığında fəqərələr yuxarıdan aşağıya doğru düz bir xətt şəklində uzanır. Skoliozda isə fəqərələr sağa və ya sola doğru yer dəyişir və eyni zamanda öz oxları ətrafında dönür. Onurğanın yana doğru 10 dərəcədən çox əyilməsinə skolioz deyilir.
 
"Unikal"
xəbər verir ki, skolioz qarşısı alınmazsa, ciddi fəsadlara səbəb ola bilər. Skolioz xəstəliyinin inkişaf etmiş mərhələsi əyrilik qüsuru ilə yanaşı, daxili orqanların sıxılmasına və normal fəaliyyətində problemlər yarada bilər. Ona görə bu xəstəliyin erkən diaqnostikasına diqqət yetirilməlidir.

Skoliozu erkən mərhələdə ƏMƏLİYYATSIZ müalicə etmək mümkündür.
 
Müxtəlif onurğa xəstəlikləri, skolioz, kifoz, osteoxondroz, fəqərələrarası disk yırtığı, səbəbi bilinməyən oynaq ağrıları, boyun və bel ağrıları, ayaq ağrıları və s. narahatlıqlar Diaqnoz Tibb Mərkəzinin Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində xüsusi metodlar vasitəsilə müalicə edilir.
 
Xidmətlərə əməliyyat öncəsi və sonrası reabilitasiya, fizioterapiya, müalicəvi massaj və müalicəvi gimnastika və s. daxildir. 

Mərkəzdə tətbiq etdilən xüsusi fizioterapiya və reabilitasiya üsulları ilə ən qısa zamanda skolioz, kifoz və digər onurğa problemlərində möhtəşəm nəticələr alınır.

Məlumat üçün bildirək ki, Diaqnoz Tibb Mərkəzinin Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsi Nevroloji, Ortopedik, Pediatrik Fizioterapiya və Tibbi Reabilitasiya cəmləşdiyi yeganə Mərkəz olaraq İngiltərə və İtaliyanın BTL, Venusian, Fazinni şirkətlərinin istehsal etdiyi ən müasir avadanlıqlar, Avropa standartlarına uyğun çoxfunksiyalı “SPA kapsula”, “LAQUNA balneoloji” hidromasaj vannası, “Ocean de luxe” sualtı masaj vannası ilə və s. təchiz olunub. Mərkəzdə xaricdə ixtisaslaşmış yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərirlər.

Əgər sizdə də skolioz və ya digər onurğa problemləri varsa, müalicə üçün Diaqnoz Tibb Mərkəzinə müraciət edə bilərsiniz.
 
Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
E-mail: [email protected]
Sayt: www.diaqnoz.az
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C