Qarabağ iqtisadi rayonunun bütün bölgələrində - yaşayış məntəqələrində, kəndlərdə, bütün küçələrdə, prospektlərdə, bir sözlə, hər yerdə vəziyyətin dekriminallaşması ilə bağlı ciddi şəkildə iş aparılır".

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Aidiyyəti dövlət qurumları ilə birgə bu işin təşkili və aparılması, eləcə də, risk yaradan halların tapılıb müəyyən edilib aradan qaldırılması işi diqqət mərkəzində saxlanılır”, - o qeyd edib.