Rusiya Ermənistana qarşı elan olunmamış iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Bildirilib ki, ilk məhdudiyyətlər erməni konyakına qarşı tətbiq edilib. Belə ki, artıq 2 həftədir Ermənistandan gələn 60-a yaxın yük maşını Lars keçid məntəqəsində saxlanılıb və onların Rusiyaya getməsinə icazə verilmir. 

Qadağa rəsmi olaraq onunla əsaslandırılır ki, konyak guya onun həqiqiliyini müəyyən etmək üçün ekspertizadan keçməlidir. 

Ermənistan gömrüyünün nümayəndəsi Vaan Akopyan Lars sözügedən məlumatı təsdiqləyib: "Bir neçə gün əvvəl nəzarət gücləndirilib".

Ağarza Elçinoğlu