Pentaqon İranın iki həftədən çox olmayan müddətdə nüvə silahı yaratmaq üçün kifayət qədər resursunun olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, ABŞ hərbi departamentinin bildirdiyinə görə, Tehrandakı hakim rejim nüvə silahına ehtiyacı olduğuna qərar verərsə, onu əldə etmək üçün cəmi iki həftə vaxt lazım olacaq.

Eyni zamanda Amerika tərəfi bəyan edib ki, hazırda İran nüvə silahı əldə etməklə məşğul deyil, baxmayaraq ki, bunun üçün bütün imkanları var.

Amerikalılar həmçinin hesab edirlər ki, İran kimyəvi silaha nəzarətlə bağlı öhdəliklərinə əməl etmir, çünki o, hazırkı sazişdə nəzərdə tutulan kimyəvi silah istehsalına dair tam bəyannamə təqdim etməyib. Pentaqonda ümumiyyətlə İranın hücum silahı hazırlamaqla məşğul olmasından narahatdırlar.