“Gələcəkdə polislərin əməkhaqqının artırılması üçün paket şəklində qanunlar qəbul edilməlidir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Polis haqqında” qanuna təklif olunan dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib. 

Deputat bildirib ki, polislərin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmalıdır.

Millət vəkili Qüdrət Həsənquliyev də polislərin əməkhaqqının artırılmasını təklif edib.

Anar Kəlbiyev