“Biz Qarabağdan Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Klubunda jurnalistlərlə söhbətində Qarabağdakı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, sülhməramlılarımız bu vəziyyətdə hər şeyi edirlər.

“Biz Qarabağdan Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik. Biz Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı tərəfdaşlarımız və qonşularımızla işləyirik”, - deyə Lavrov bildirib.