Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkənin YUNESKO-dakı keçmiş səfiri və yazıçı Andres Römerin İsraildə saxlanması ilə bağlı məlumatı təsdiqləyib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, ölkəsinə ekstradisiya olunacaq.

Römer vətənində isə dələduzluq və zorlamada ittiham olunur.

Meksikalı yazıçı və keçmiş diplomat Andres Römer son illərdə Təl-Əvivdə yaşayır, 2021-ci ilin mayında ona qarşı İnterpol qırmızı bildiriş çıxarıb və Meksika iyunda onun ekstradisiyasını tələb edib. Meksikada o, iki cinayət işi - 2013-cü ildə dələduzluq və 2017-ci ildə iki zorlama işi üzrə ittiham olunur. 

Nuranə Abbasova