ABŞ administrasiyası uzunmüddətli maliyyə çatışmazlığı səbəbindən Ukraynaya yardım üçün müqavilə layihələrini faktiki olaraq dondurub.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Bizim Ukraynanın yaxın gələcəkdə özünü müdafiə etmək qabiliyyətini dəstəkləməyə davam etmək imkanımız olsa da, biz artıq təhlükəsizliklə bağlı maliyyə yardımımızın böyük bir hissəsini bitirmişik”, - o deyib.

Dövlət Departamentinin sözçüsü, qalan vəsaitdən ABŞ-nin tezliklə Ukraynaya daha bir yardım paketi göndərəcəyini bildirsə də, bura nələrin daxil olacağını açıqlamayıb. 

Nuranə Abbasova