Rusiya oktyabrda 2024-2026-cı illər üçün BMT-nin İnsan Hüquqları Şurasına (İHŞ) seçkilərdə iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT yanında daimi nümayəndəliyindən məlumat verilib.
“Rusiya BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına qarşıdan gələn seçkilərdə iştirak edəcək”, - daimi nümayəndəliyin nümayəndəsi bildirib.
Rusiya Federasiyası 2020-ci ildə İHŞ-yə seçilib və 2022-ci ilin aprelinə qədər, BMT Baş Assambleyası Ukraynadakı xüsusi hərbi əməliyyatla əlaqədar Rusiyanın üzvlüyünü dayandırana qədər orada fəaliyyət göstərib.
BMT Baş Assambleyası oktyabrda İnsan Hüquqları Şurasının yeni üzvləri üçün seçkilər keçirəcək.


























.jpg)










.jpg)


















