"Rusiya Ermənistanda Rusiya telekanallarının mümkün bağlanması ilə bağlı vəziyyəti diqqətlə izləyəcək".
"Unikal" xəbər verir ki, bunu Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Qriqori Karasin öz Telegram kanalında yazıb.
“Erməni parlamentarilərdən birinin qəribə bəyanatı məni təəccübləndirdi. Ermənistanda Rusiya telekanallarının “mümkün bağlanması” haqda danışılırdı. Düzünü desəm, ton qalmaqallıdır”, o, erməni deputat Lusine Badalyanın ölkədə Rusiya telekanallarının mümkün bağlanması ilə bağlı bəyanatını şərh edərkən yazıb.
"Bilmirəm, bu, anti-Rusiya dalğalarını ram etmək və siyasi xal toplamaq cəhdidir, ya yox. Əminəm ki, belə şeylər Ermənistanda dəstək tapmayacaq və bizim çoxəsrlik dostluğun təməllərini sarsıtmayacaq.
Üstəlik, vəziyyət açıq-aydın uydurmadır. Onu da xatırlatmaq istəyirəm ki, sentyabr ayında keçirilən Rusiya-Ermənistan media forumunda həm bizim, həm də Ermənistan kanallarının yayım məsələləri ətraflı müzakirə olunub. Biz inkişafı diqqətlə izləyəcəyik”, - Karasin yazıb.