SSRİ-nin keçmiş baş naziri Nikolay Rıjkov Belqorod vilayətinin senatoru vəzifəsindən erkən istefa verib. 

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, Nikolay Rıjkovun 94 yaşı var və onun səlahiyyətlərinə sentyabrın 25-də vaxtından əvvəl xitam verilib. Müvafiq qərar Rusiya Federasiya Şurasının rəsmi saytında dərc olunub.

Məlumata görə, Nikolay Rıjkov 2003-cü ildən parlamentin yuxarı palatasının üzvüdür. 

Bildirilir ki, Nikolay Rıjkov 1929-cu ildə Donetsk vilayətində mədənçi ailəsində anadan olub. O, 1985-1990-cı illərdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini icra edib. 

Gülayə Mecid