Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən “Kahramanlar” adlı antiterror əməliyyatında 928 şübhəli saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Bildirilir ki, 64 vilayətdə icazəsiz silah daşıyan şəxslərə və silah qaçaqmalçılarına qarşı əməliyyatlarda 928 şübhəli saxlanılıb. Əməliyyatlar zamanı 744 sənədsiz tapança, 24 uzunlüləli tüfəng və 74 sənədsiz ov tüfəngi götürülüb.

***

Türkiyədə PKK terror təşkilatına qarşı “Kahramanlar” adlı antiterror əməliyyatı başlayıb.

“Unikal” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. 

Əməliyyata 13 440 personal cəlb olunub.

***

Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis 18 vilayətində separatçı terror təşkilatı PKK-ya qarşı eyni vaxtda əməliyyat keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, əməliyyatda indiyədək 90-a yaxın şübhəli saxlanılıb.

Gülayə Mecid