Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib.
"Unikal" xəbər verir ki, Ermənistan parlamentinin 60 deputatı statutun ratifikasiyasının lehinə, 20-si isə əleyhinə səs verib.
Parlamentin müxalif fraksiyaları sənədin qəbulunun ölkənin maraqlarına cavab vermədiyini və siyasi məqsədlər güddüyünü bəyan ediblər. Onların fikrincə, hakimiyyət orqanlarının bu addımı Rusiya ilə müttəfiqlik münasibətlərini zərbə altıda qoyur ki, bunun Ermənistan üçün ağır nəticələri ola bilər.
Bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanda Roma statutunun ratifikasiyasının ikitərəfli münasibətlərə ciddi zərər vuracağı və Moskvanın cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.