Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehrana səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb.
X. Xələfovun İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşündə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bazar günü Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Tehrana səfəri edib. Səfər çərçivəsində o, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, eləcə də xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb.
12:43
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün axşam Tehrana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə “Nour News” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Xələf Xələfov bir sıra yüksək rütbəli iranlı məmurlarla görüşəcək və onlarla regiondakı vəziyyəti müzakirə edəcək. Xələf Xələfovun konkret olaraq kimlərlə görüş keçirəcəyinə dair məlumat verilməyib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İranda səfərdədir. O, artıq İran XİN rəhbəri, Prezident İbrahim Rəisi və digər şəxslərlə görüşüb.